Forumun qonaqları Milli İncəsənət Muzeyində olublar

 

IV Beynəlxalq Bakı Humanitar Forumu ilə əlaqədar şəhərimizə gələn "Moskva-Kremli" Dövlət Tarixi Qoruq-Muzeyinin direktoru, ilk kosmonavt Yuri Qaqarinin qızı Yelena Qaqarina, böyük rus şairi Mixail Lermontov nəslinin nümayəndəsi Yelena Lermontova, ölkəmizin Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova oktyabrın 3-də Azərbaycan Milli İncəsənət Muzeyində olublar.

Görüşdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev və muzeyin əməkdaşları iştirak ediblər. Azərbaycan Milli İncəsənət Muzeyi ilə "Moskva-Kremli" Dövlət Tarixi Qoruq-Muzeyi arasında gələcək əməkdaşlıq əlaqələrinin perspektivlərindən söhbət açılıb. Sonda qonaqlar muzeyin ekspozisiyası ilə tanış olublar.

 

Mədəniyyət.- 2014.- 10 oktyabr.- S. 4.