Azərbaycanlı rəqqas Estoniya tamaşaçılarını heyran edib

 

Estoniya Milli Opera Teatrının konsert zalındaEtoile Ballet Gala” adlı qala-konsert keçirilib. Konsertdə dünya balet ulduzları, məşhur balet truppalarının nümayəndələri çıxış ediblər. Azərbaycanın Estoniyadakı səfirliyindən verilən xəbərə görə, qala-konsertin iştirakçıları arasında azərbaycanlı - Rudolf Nureyev adına XVI beynəlxalq balet festivalının laureatı Budapeştdə keçirilmiş XVIII beynəlxalq qala-konsertin xüsusi mükafatının sahibi, istedadlı rəqqas Ülvi Əzizov da olub.

Konsertin proqramına “Paris alovu”, “Yatmış gözəl”, “Sonalar gölü”, “Don Kixot”, “Esmeralda” digər baletlərdən məşhur partiyalar daxil edilib.

Azərbaycan səfirliyi tədbirin təşkilinə kömək göstərib. Gecənin qonaqları, “Don Kixotbaletindən klassik partiya ilə yanaşı, milli Azərbaycan rəqsini ifa edən Ülvi Əzizovun ustalığını xüsusi qeyd ediblər.

 

Mədəniyyət.- 2014.- 15 oktyabr.- S. 10.