Filmlərimiz Kanadada nümayiş olunub

 

Kanadanın Monreal şəhərində "Azərbaycan film festivalı" keçirilib. Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi, Kvebek Azərbaycan Film Həvəskarları Assosiasiyası, Konkordiya UniversitetiMonreal Savalan Mədəniyyət Qrupunun birgə təşkilatçılığı ilə üç gün davam edən festivalda "Sahə", "Qala", "Sarı gəlin", "Xoca", "Hökmdarın taleyi" və "40-cı qapı" filmləri nümayiş etdirilib.

 

Mədəniyyət.- 2014.- 15 oktyabr.- S. 10.