Azərbaycan - turizm istirahətin inkişafı yolları

 

Ukrayna jurnalında məqalə dərc olunub

 

Ukraynanın populyar «AvtoBiznesTur» reklam-informasiya jurnalında ölkəmizin turizm sənayesinin inkişafı haqqında geniş məqalə dərc olunub. «Azərbaycan - turizm istirahətin inkişafı yolları» sərlövhəli materialda gözəl təbii landşaftlardan, dənizlərdən, başıqarlı dağlardan bəhs olunur, Azərbaycan xalqının çox zəngin tarixi, mədəni mənəvi dəyərlərinin təbliği kontekstində turizmin turizm sənayesinin müxtəlif cəhətləri təhlil edilir.

Məqalədə qeyd olunur ki, son on ildə Azərbaycan turizm sahəsinə investisiya qoyuluşu üçün getdikcə daha cazibədar bir məkana çevrilir. Yazıda deyilir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə hökuməti istər paytaxtda, istərsə təbii-iqlim zonalarını nəzərə almaqla, müxtəlif regionlarda müasir turizm istirahət sənayesinin yaradılmasına dair proqramlar işləyib hazırlayıb.

Məqalədə Qəbələdəki turizm mərkəzlərindən, «Tufandağ» dağ-xizək kompleksindən ətraflı bəhs olunur. Müəllif Lidiya Koltunova oxuculara xatırladır ki, Qəbələdə hər il beynəlxalq musiqi festivalı keçirilir. Qeyd olunur ki, Qəbələdə beynəlxalq aeroportun açılması ilə Azərbaycanın bu nadir regionuna xarici turistlərin gəlməsi üçün imkanlar genişlənir.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2014.- 15 oktyabr.- S. 7.