Rumıniyada «TEMPUS» layihəsi çərçivəsində seminar

 

Rumıniyanın İoan Aleksandr Cuza Universitetində Avropa İttifaqının «TEMPUS» layihəsi çərçivəsində «Turizmdə GİS texnologiyalarının tətbiqi»nə həsr olunan növbəti yığıncaq keçirilib. Tədbirdə Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov və kafedra müdiri Novruz Quliyev iştirak edib.

Seminarda hotelçilik işinin menecmenti, Avropa universitetlərində təhsil proqramlarının akkreditasiyası qaydaları, mehmanxana strukturlarının inkişaf siyasəti və onların dəstəklənməsi, ikili diplomların verilməsi təcrübəsi və s. məsələlər diqqətə alınıb. Tədbir tarixi abidələrə ekskursiya və dəyirmi masa formatında olub.

ATİ-nin rektoru Cəfər Cəfərov təhsil ocağının fəaliyyəti, tədris prosesi, yeni ixtisaslars. barədə ətraflı məlumat verib. ATİ-nin kafedra müdiri Novruz Quliyev isə turizm və qonaqpərvərlik fakültəsi haqqında təqdimatla çıxış edib.

İasi Texniki Universitetində təşkil olunan görüşdə beynəlxalq münasibətlər üzrə təqdimat, əməkdaşlıq şəbəkələri və formaları, universitet siyasəti, turizm məhsulları, mədəni turizm kimi məsələlər müzakirə mövzusu olub.

Tədbirin sonunda ikili diplomların verilməsində maneələrin aradan qaldırılması üzrə əməli konsepsiyanın işlənib hazırlanması, tələbə mübadiləsi və sair məsələlərlə bağlı ilkin razılaşmalar qərara alınıb.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2014.- 15 oktyabr.- S. 7.