İlin fotoqrafı” müsabiqəsi

 

Azərbaycan Fotoqraflar Birliyinin ənənəvi olaraq keçirdiyiİlin fotoqrafı” müsabiqəsinə start verilib. “İlin fotoqrafı - 2014” müsabiqəsi doqquz nominasiya (“İlin fotoqrafı”, “Press fotoqraf”, “Toy fotoqrafiyası”, “İlin foto layihəsi”, “İlin kuratoru” və s.) nominasiyaları üzrə keçirilir.

Müsabiqədə iştirak etmək istəyənlər öz yaradıcılıqlarını əks etdirən 30 ədəd fotodan ibarət portfoliyosunu 15 dekabr 2014-cü il tarixindən gec olmayaraq Azərbaycan Fotoqraflar Birliyinə təqdim etməlidirlər. Fotolar uzun tərəfi 1500px olmaq şərti ilə JPEG formatında, elektron poçt vasitəsilə - ilinfotoqrafi2014@gmail.com ünvanına göndərilməlidir.

Fotoların üzərində heç bir loqo, imza və çərçivə olmamalıdır. Hər bir müəllif fotolarla birlikdə 2014-cü ildə fotoqraflıq sahəsində qazandığı mükafatlar, iştirak etdiyi sərgilər, habelə jurnalkitablarda dərc olunmuş fotoları barədə də məlumat təqdim etməlidirlər.

Təqdim olunmuş bütün fotolara Azərbaycan Fotoqraflar Birliyinin bədii şurasında baxılacaq. Münsiflər heyətinin üzvləri Fərid Məmmədov, Rüfət Abas, Rauf Umudov, Emil Ağayev, Sevinc Aslanovadır.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 17 oktyabr.- S. 13.