Kopenhagendəki “Azərbaycan evi”ndə rəqs dərnəyi

 

Kopenhagendə fəaliyyət göstərən “Vətən” cəmiyyətinin nəzdindəki “Azərbaycan evi”ndə rəqs dərnəyi açılıb. Cəmiyyətdən bildiriblər ki, burada uşaqlara milli rəqslərimizlə yanaşı, xarici ölkələrin rəqsləri də öyrədilir. Dərslər tanınmış danimarkalı müəllim Katrin Rasmusonun rəhbərliyi ilə keçirilir. Məktəbə azərbaycanlı uşaqlarla yanaşı, danimarkalı uşaqların da cəlb edilməsi planlaşdırılır. Bu isə Azərbaycan mədəniyyəti və incəsənətinin Danimarkada təbliğinə töhfə olacaq.

 

Mədəniyyət.- 2014.- 17 oktyabr.- S. 10.