Mədəniyyət və İncəsənət Universitetində kinorejissor Şamil Əliyevlə görüş

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinorejissor Şamil Əliyevlə görüş keçirilib. Universitetin kinooperator ixtisası üzrə təhsil alan III kurs tələbələrinin iştirak etdiyi görüşdə Şamil Əliyev son layihəsi olanÇölçü” bədii filminin çəkilişlərindən söhbət açıb.

Rejissor tələbələrə filmin dramaturgiyası, məzmunu, çəkiliş prosesi, film haqqında yazılan rəylər barədə məlumat verib. Qeyd edilib ki, “Çölçü” bədii filmi 20-dən artıq beynəlxalq kinofestivalforumda iştirak edib, mükafatdiplomlara layiq görülüb. Rejissor tələbələri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, Şamil Əliyev “Nurfilm” studiyasının təsisçisi və rəhbəri, bir neçə bədii və sənədli filmin rejissorudur.

 

Mədəniyyət.- 2014.- 17 oktyabr.- S. 7.