“Sevirəm Qafqazı mən”

 

Böyük rus şairinin 200 illiyi Bakıda qeyd edilib

 

Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) böyük rus şairi, yazıçı, dramaturq Mixail Yuryeviç Lermontovun (1814-1841) anadan olmasının 200 illiyi münasibətilə ədəbi-musiqili gecə keçirilib.

 

Şairin qısa və parlaq ömrünün bir hissəsi Qafqazla bağlı olub. Mixail Lermontov Qafqaz haqqında gözəl şeirlərin müəllifidir. Onun məşhur “Sevirəm Qafqazı mən” şeiri isə bu yerlərə vurğunluğunun ən gözəl bədii təcəssümüdür.

Gecəni Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən məktəb-lisey kompleksinin 10-cu sinif şagirdi Leyla Mehdiyeva açıb. Bakıdakı 27 nömrəli məktəbin şagirdləri şairin şeirlərini söyləyiblər. Bu şeirlərin əksəriyyətində şair özünün mürəkkəb bioqrafiyasından süjetləri əks etdirib. Bu günM.Lermontovun yaradıcılığını araşdıran mütəxəssislər onun əsərlərinin buya digər sətrinin əsl mənasını açmağa çalışırlar.

Gecədə XIX əsrin məşhur bəstəkarlarının nə vaxtsa M.Lermontova zövq verən musiqisi səslənib. 27 nömrəli məktəbin şagirdi Nərminə Nəcəfova və Bakı Xoreoqrafiya Məktəbinin tələbəsi Rafael Atayev Azərbaycan və rus rəqslərini ifa ediblər.

Sonda bayram tədbirində çıxış edənlərə xatirə hədiyyələri - Mixal Lermontovun, eləcə də digər rus şair və yazıçılarının kitabları təqdim olunub.

 

Mədəniyyət.- 2014.- 17 oktyabr.- S. 6.