Beynəlxalq Muğam Mərkəzində Səttar Bəhlulzadəyə həsr olunmuş mühazirə

 

“YARAT” Müasir İncəsənət Məkanı, Beynəlxalq Muğam Mərkəzi, “ASAN xidmət” və “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan və dünya incəsənətinə dair mühazirələr davam edir.

Bu silsilədən növbəti mühazirə oktyabrın 17-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev tərəfindən keçiriləcək. Mühazirənin mövzusu Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq rəssamı Səttar Bəhlulzadənin yaradıcılığıdır.

Qeyd olunan layihədə incəsənət sahəsində tanınmış ekspertlər iştirak edirlər. Azərbaycan və dünya mədəniyyətinə, incəsənətinə həsr olunan mühazirələrdə “ASAN xidmət” mərkəzlərinin əməkdaşları, könüllüləri və vətəndaşlar iştirak edirlər. İndiyədək təşkil olunan üç mühazirədə 300 nəfər iştirak edib.

 

Mədəniyyət.- 2014.- 17 oktyabr.- S. 3.