Nəsrin Cavadzadə Türkiyənin “Ən yaxşı aktrisa”sı oldu

 

Antalya şəhərində 10-18 oktyabr tarixində keçirilən 51-ci beynəlxalq “Altın portağalfilm festivalı müxtəlif nominasiyalarda qaliblərin mükafatlandırılması ilə başa çatıb. Mərasimdə əslən Azərbaycandan olan Nəsrin Cavadzadə “Ən yaxşı qadın oyunçu” nominasiyasında “Altın portağala layiq görülüb. Aktrisa rejissor Kutluğ Atamanın “Quzu” filmindəki roluna görə mükafatlandırılıb. Ekran əsəri 5 nominasiya üzrə festivalın ən yaxşı filmi seçilib.

Qeyd edək ki, “Altın portağal” Türkiyə kino sənayesinin ən nüfuzlu mükafatı sayılır. Bu, azərbaycanlı aktrisanın ikinci “Altın portağal”ıdır.

Nəsrin Cavadzadə 1982-ci ildə Bakıda doğulub. Məşhur uroloq, akademik Mirməmməd Cavadzadənin nəvəsidir. Nəsrin 11 yaşında ikən ixtisasca həkim olan anası Fəridə xanımla İstanbula köçüb. Mərmərə Universitetinin kinoteleviziya fakültəsini bitirib.

2004-cü ildə Eyton FoksunSuda gəzinti” filmində epizodik rolu ilə kinoya gəlib. Cemal Şanın “Dilbərin səkkiz günü” filmindən sonra kino tənqidçilərinin rəğbətini qazanıb. 2014-cü ildə aktrisa üç filmdə yaratdığı bir-birindən fərqli obrazlarla gündəmə gəlib. Antalya festivalında uğur qazananQuzu” filmində aktrisa kənddə yaşayan gənc ananı canlandırır.

Erol Mintaşın “Anamın mahnısı” filmində isə Nəsrin Cavadzadə şəhərli gənc qadın rolunu oynayır. Hadisələr bir mahnının arxasınca şəhərə gələn anaoğulun kövrək hekayəsi ətrafında cərəyan edir. Aktrisa Çanaqqala hadisələrindən bəhs edən və xüsusi effektlərlə zəngin “Son məktub” filmində (rejissor Özhan Eren) 22 yaşlı tibb bacısını canlandırıb. Film 2015-ci ilin fevralında ekranlara çıxacaq.

 

Mədəniyyət.- 2014.- 22 oktyabr.- S. 16.