Bəstəkar Sərdar Fərəcov Vyetnamda musiqi festivalında iştirak edib

 

Oktyabrın 8-dən 12-dək Vyetnamın Hanoy şəhərində I Asiya-AvropaYeni musiqi” festivalı keçirilib. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov festivalda iştirak edib.

Festivalın açılış konsertində Sərdar Fərəcovun “Koroğlusimfonik freskası tanınmış yapon dirijoru Honna Tesuşinin idarəsi ilə Vyetnam dövlət simfonik orkestri tərəfindən ifa edilib.

Açılışdan öncə Vyetnamın prezidenti Çıonq Tan Şanq iştirakçıları öz iqamətgahında qəbul edib, xatirə şəkilləri çəkdirilib. Festival iştirakçıları Vyetnamın mədəniyyət naziri, Halonq şəhərinin qubernatoru ilə də görüşüblər. Bağlanış mərasimində bir qrup bəstəkarların sırasında Sərdar Fərəcov da festivalın xüsusi medalı ilə təltif olunub.

 

Mədəniyyət.- 2014.- 22 oktyabr.- S. 11.