Bakıda II Beynəlxalq Həmzə Nigari Simpoziumu

 

Oktyabrın 20-də Bakıdakı “Modern Hotelin konfrans zalında II Beynəlxalq Həmzə Nigari Simpoziumu işə başladı. Amasya Universiteti (Türkiyə), Amasya Azərbaycan Türkləri Kültür, Sənət və Dayanışma Dərnəyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı keçirilən tədbirdə Azərbaycan, Türkiyə və Rusiyadan alim və tədqiqatçılar iştirak edir.

 

İştirakçılar əvvəlcə tanınmış fotoqraf Məmməd Rəhimovun Mədəniyyət və Turizm Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) və “Mirasİctimai Birliyinin dəstəyi ilə ərsəyə gələn "Sufinin xatirəsinə" adlı fotosərgisi ilə tanış oldular.

SimpoziumuMirasİctimai Birliyinin sədri Fariz Xəlilli açaraq iştirakçıları salamladı, simpoziumun məqsədləri və tarixçəsi haqqında məlumat verdi.

Həmzə Nigari nəslinin nümayəndəsi Siracəddin Həmidov XIX əsrin böyük sufi şairinin yaradıcılığına göstərilən diqqətə görə simpozium iştirakçılarına minnətdarlığını bildirdi, Həmzə Nigarinin irsimüasir dövrdə aparılan araşdırmalar haqqında danışdı. Bildirildi ki, tədbir 2012-ci ildə Türkiyənin Amasya şəhərində keçirilən “Qarabağdan Amasyaya könül körpüsü” adlı beynəlxalq Həmzə Nigari simpoziumunun davamıdır.

Xalq şairi Nəriman Həsənzadə simpoziumun əhəmiyyətindən danışdı. Belə bir tədbirə qatıldığı üçün təşkilatçılara təşəkkürünü bildirdi.

Amasya Azərbaycan Türkləri Kültür, Sənət və Dayanışma Dərnəyinin sədri Muttalip Ulutanrıverdi Həmzə Nigari irsinin araşdırılması istiqamətində yeniliklərdən, Amasyadakı Şirvanlı məscidi və Nigari türbəsinin Azərbaycandan olan xeyriyyəçilər tərəfindən bərpa edilməsindən danışdı.

Simpoziumun ilk günü Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutunun professoru Mehmet Rıhtımın “Mir Həmzə Nigari ilə əlaqədar yanlış rəvayətlər və əsl gerçəkliklər”, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya elmləri namizədi Nəzakət Məmmədlinin “Mir Həmzə Seyid Nigarinin Fars Divanı”, Amasya Universitetinin professoru Metin HakverdioğlununNigari divanında əhli-beyt sevgisi”, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətovanın “Seyid Həmzə Nigarinin həyatı və yaradıcılığının öyrənilməsi tarixi”, Amasya Muzeyinin direktoru Müzəffər Doğanbaşın “Seyid Mir Həmzə Nigari və türbəsi” mövzusunda məruzələri dinlənildi.

Tədbirin bədii hissəsində “Mirasmusiqi qrupunun müşayiəti ilə Həmzə Əzizbəyli, Güllü Muradova, Zeynal Əhmədov və Ruslan Adıgözəlov Həmzə Nigarinin qəzəllərindən ibarət muğam dəstgahı ifa etdilər.

Simpozium oktyabrın 21-də məruzələrin dinlənilməsi ilə davam edib. Tədbir çərçivəsində Həmzə Nigari ilə eyni soydan olanşeyxin vəfatına qədər onun qulluğunda dayanmış Seyid Sədəddinin oğlu Mustafa Fəxrəddin Ağabalinin sufi şairinin həyat və fəaliyyətindən təfsilatı ilə bəhs edən “Hümayi-Ərş” əsərinin təqdimatı olub. Əlyazma halında, əski türkcədə olan əsər Qafqaz Araşdırmaları İnstitutunda kitab halına salınıb. Ön söz, izahlartransliterasiya ilə nəşrə hazırlayan professor Mehmet Rıhtım, Azərbaycan dilinə uyğunlaşdıran Fəridə Əliyeva, redaktoru professor Minaxanım Təkləlidir.

Simpozium iştirakçıları oktyabrın 22-də Həmzə Nigarinin sevimli tələbəsi Hacı Mahmud Aslanbəylinin Qazaxdakı məscidi və türbəsini ziyarət edəcəklər.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 22 oktyabr.- S. 11.