Uşaqlar və gənclər ilə musiqiyə səyahət”

 

Bakı Musiqi Akademiyasının dosenti, Türkiyənin Yedditəpə Universitetində fəaliyyət göstərən pianoçu İslam Manafov müəllifi olduğuUşaqlar və gənclər ilə musiqiyə səyahət” layihəsi çərçivəsində İstanbuldakı Camal Rəşid Rey salonunda geniş konsert proqramı ilə çıxış edib.

Türkiyənin mədəniyyət xadimlərinin, görkəmli sənətçilərin qatıldıqları konsertdə şəhərin ayrı-ayrı musiqi məktəblərinin şagirdləri, universitet tələbələri, həmçinin İslam Manafovun övladları - beynəlxalq müsabiqələrin laureatları, pianoçu və bəstəkarlar Abuzər və Turan Manafzadələr çıxış ediblər.

Uşaq və gənclərdə musiqiyə həvəs yaratmaq, musiqini insanlara sevdirmək və maarifçilik məqsədilə təşkil olunan konsertdə dünya və Azərbaycan musiqilərindən seçmələr müxtəlif alətlərdə ustad sənətçilərin və gənclərin ifasında səsləndirilib.

Qeyd edək ki, İslam Manafov ötən il eyniadlı layihə əsasında beş konsert verib.

Bu ilin sonunadək daha bir neçə konsert nəzərdə tutulub.

 

Mədəniyyət.- 2014.- 22 oktyabr.- S. 10.