“Səhnəmizin Cülyettası”

 

Oktyabrın 20-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Mərdəkandakı Nizami adına Mədəniyyət Mərkəzində Xalq artisti Barat Şəkinskayanın 100 illiyinə həsr olunmuş “Səhnəmizin Cülyettası” adlı yubiley gecəsi keçirilib.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, Barat Şəkinskayanın ailə üzvləri, onu səhnədən izləmək şansı qazanan müasirləri çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşüb, aktrisanın keçdiyi ömür yoluna bir daha nəzər salıblar. Aktrisanın çəkildiyi filmlərdən fraqmentlər və radionun “qızıl fondunda qorunub saxlanılan tamaşaların lent yazılarından nümunələr səsləndirilib. Sonda Barat Şəkinskayanın qızı Solmaz xanım çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2014.- 22 oktyabr.- S. 4.