Sankt-Peterburq mələklərin gözü ilə...”

 

Oktyabrın 16-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində “Bütün slavyan torpaqları” adlı rəsm və “Sankt-Peterburq mələklərin gözü ilə. İsakiya məbədindən baxış” adlı fotosərgisi açılıb. Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğu və Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə təşkil edilən sərgi Azərbaycanla Rusiya arasında mədəni əlaqələri daha da möhkəmləndirmək məqsədi daşıyır.

Dövlət Rəssamlıq Akademiyasından verilən məlumata görə, tədbirdə tədris ocağının rektoru Ömər Eldarov, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, həmçinin Sankt-Petrburqun vitse-qubernatoru Vladimir Lavlencev, Azərbaycanın Sankt-Peterburqdakı konsulu İlşad Həmzəyev, Sankt Peterburqİsaakievsi məbəd”in rəhbəri İradə Tofiqova və digər qonaqlar iştirak edib.

Akademiyanın rektoru, Xalq rəssamı Ömər Eldarov iştirakçıları salamlayaraq ölkələrimiz arasında qarşılıqlı mədəni əlaqələrdən bəhs edib. Bildirib ki, uzun illər birgə tarixə mənsub olmuş iki xalqı həm də sıx mədəni əlaqələr birləşdirir.

Tədbirdə çıxış edən qonaqlar qarşılıqlı mədəni əlaqələrin və bu sahədə birgə layihələrin təşkilinin, gələcəkdə də mədəni mübadilələrin davamlı olmasının vacibliyini vurğulayıblar.

Sonra sərgiyə baxış keçirilib. Sərgidə Rusiyanın tanınmış rəssamı Nikolay Rerixin rəngkarlıq əsərləri və fotoqraf Yevgeni Moxoryovun fotoları nümayiş olunur.

Nikolay Konstantinoviç Rerix XX əsr Rusiya incəsənətində milli romantizmin əsas simalarından biridir. Foto rəssam Yevgeni MoxoryovunMələklərin qanadları üzərindənkolleksiyası bu günədək dünyanın bir sıra ölkələrində nümayiş olunub.

Sərgi oktyabrın 29-dək davam edəcək.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 24 oktyabr.- S. 6.