Sübhün səfiri” Budapeştdə təqdim
olunub
Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan dramaturgiyasının banisi, mütəfəkkir ədib Mirzə Fətəli Axundzadənin həyatından bəhs edən “Sübhün səfiri” filminin təqdimatı keçirilib. 2013-cü ildə dövlət sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında çəkilən ekran əsərinin ssenari müəllifi, Xalq yazıçısı Anar, quruluşçu rejissoru, Xalq artisti Ramiz Həsənoğlu və baş rolun ifaçısı, Xalq artisti Rasim Balayev mərasimdə iştirak ediblər.
Azərbaycanın Macarıstandakı səfirliyində keçirilən görüşdə çıxış edən səfir Vilayət Quliyev XIX əsr Azərbaycan və bütövlükdə Şərq mədəniyyətinin, ictimai fikrinin tarixində Mirzə Fətəli Axundzadənin yeri və rolu haqqında danışıb. Filmin ssenari müəllifi Anar, rejissor Ramiz Həsənoğlu və baş rolun ifaçısı Rasim Balayev ekran əsəri üzərində iş barədə danışıblar.
Budapeştdəki Azərbaycan
icmasının nümayəndələrindən Svetlana Abdullayeva, Vüqar Seyidov, Ramiz Əmirli, Macarıstandakı Türk İş
Adamları Dərnəyinin rəhbəri Osman
Şahbaz iki ölkənin
və ümumilikdə Macarıstanla türk
dünyasının mədəni əlaqələrini daha da genişləndirməyin
zəruriliyini vurğulayıblar. Filmin
yaradıcı heyətinin üzvləri görüş
iştirakçılarının suallarını
cavablandırıblar.
Mədəniyyət.- 2014.- 24
oktyabr.- S. 5.