“Bizdə şeirvar, sənət də vardır”

 

Abşeron rayonunun 2014-cü ildə “Sənətkarlıq paytaxtı” elan olunması ilə əlaqədar təşkil olunan tədbirlər çərçivəsində oktyabrın 21-də Görədil folklor klubunda “Bizdə şeirvar, sənət də vardır” adlı poeziya, muğamyumor gecəsi keçirilib. Gecədə “Çıraq” poeziya klubunun üzvləri şeirlərini söyləyib, “Xəzri xala” çalğı alətləri ansamblının üzvləri Təyyar Mirzəyev və Qəhrəman Qəmbərov muğam və təsniflər ifa ediblər. Məmmədkərim Səmədov yazdığı miniatürləri təqdim edib.

Klubun qarmonçular dərnəyi üzvlərinin ifası da maraqla qarşılanıb. Mədəniyyət mərkəzində fəaliyyət göstərən xalq teatrının ifasında “Arşın mal alan” və “ Durnamusiqili komediyalarından parçalar nümayiş etdirilib.

 

Mədəniyyət.- 2014.- 24 oktyabr.- S. 5.