«SKAL Bakı»nın toplantısı keçirilib

 

Oktyabrın 22-də «Ramada» hotelində Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyası - «Skal İnternational»ın Bakı klubunun növbəti toplantısı keçirilib.

 

Toplantıda «Skal Bakı»nın prezidenti, Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov çıxış edərək təşkilatın ötən dövr ərzində fəaliyyəti barədə danışıb. Rektor ATİ və «New Baku» hotelinin özəl sektorTurizm İnstitutu tələbələri üçün təşkil etdikləri təlimlərin əhəmiyyətini qeyd edərək bildirib ki, bu təlimlər tələbələrin mütəxəssis kimi yetişməsi, hotel əməkdaşlarının isə peşəkarlığının artırılması məqsədilə həyata keçirilir.

Ölkədə yeni yaradılan turizm infrastrukturu barədə danışan C.Cəfərov bu yaxınlarda Naftalanda dövlət başçısının iştirakı ilə «Qarabağ SPA and Resort» hotel kompleksinin açılmasını əlamətdar hadisə kimi dəyərləndirib. Qeyd olunub ki, Azərbaycanda tibbi turizmin inkişafı üçün lazım olan şərait mövcuddur.

«Skal Bakı» klubunun vitse-prezidenti Ceyhun Aşurov təşkilatın 2014-cü ilin ötən dövrü ərzində həyata keçirdiyi layihələrdən danışıb.

Toplantıda Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosunun icraçı direktoru Florian Sengstschmidtiştirak edib. Onun dünyada və Azərbaycanda müvafiq sahənin dinamik inkişaf göstəricilərinə dair geniş təqdimat-çıxışı da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

«Skal Bakı» klubunun 17-ci toplantısı «Ramada» hotelinin təqdimatı ilə yekunlaşıb.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2014.- 29 oktyabr.- S. 4.