Avropada mədəniyyət siyasəti

 

Kiyevdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı platforması çərçivəsində konfrans keçirilib

 

Avropa İttifaqının Şərq Tərəfdaşlığının "İnsanlar arasında əlaqə" adlı 4-cü Platforması çərçivəsində 23-24 oktyabr tarixində Kiyevdə "Avropada mədəniyyət siyasəti bu gün: maliyyələşdirmə, menecment, auditoriyanın inkişafı" mövzusunda konfrans keçirilib. Ukrayna Mədəniyyət NazirliyiAvropa Komissiyasının birgə təşkil etdiyi tədbirdə Şərq Tərəfdaşlığı Platformasının iştirakçı dövlətləri, o cümlədən Azərbaycan təmsil olunub. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yaşar Hüseynli və "Uğuru yoğur" təşkilatının həmtəsisçisi, müstəqil art-menecer Cahangir Səlimxanov iştirak ediblər.

Konfransda "Əsas sosial problemlərin həll edilməsində mədəniyyətin və mədəniyyət sektorunun rolu", "Mədəni-siyasi inkişaf üçün uzunmüddətli strategiyaların inkişafı: Şərq Tərəfdaşlığı və Avropa İttifaqı ölkələrinin ən yaxşı təcrübələri", "Mədəniyyətin dövlət tərəfindən və özəl maliyyələşdirilməsi: mədəniyyət və yaradıcı sektorlar üçün çağırışlar və imkanlar" və s. mövzular ətrafında müzakirələr aparılıb.

 

Mədəniyyət.- 2014.- 29 oktyabr.- S. 3.