İsveçrədə azərbaycanlı cazmenin konserti maraqla qarşılanıb

 

Oktyabrın 21-dən 25-dək İsveçrənin Bern şəhərindəki “İnnere EngehotelininMariancaz salonunda Azərbaycanın tanınmış caz ifaçısı Əminə Fiqarovanın rəhbərlik etdiyiAmina Fiqarova New York Quintetqrupunun silsilə konserti təşkil olunub.

Azərbaycanın İsveçrə və Lixtenşteyn knyazlığındakı səfirliyindən bildiriblər ki, eksklüziv konsert proqramı ilə çıxış edən Əminə Fiqarovanın ifasını Bern şəhərinin ictimaiyyəti ilə yanaşı İsveçrədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri də dinləyiblər.

Həmyerlimiz özünün bəstələdiyi caz musiqiləri barədə də tədbir iştirakçılarına məlumat verib və bəstələrinin ecazkar ruhunun Azərbaycandan qaynaqlandığını bildirib. Konsertlər böyük maraqla qarşılanıb.

Qeyd edək ki, ABŞ-da yaşayan soydaşımız öz caz qrupu ilə mütəmadi olaraq AmerikaAvropa qitəsində konsert proqramları ilə çıxış edir. 10-dan çox albomu işıq üzü görən musiqiçi dünyanın məşhur festivallarına dəvət alır. Tanınmış cazmen doğma vətənini də unutmur, Bakıda konsertlər verir. 2011-ci ildə Bakı Beynəlxalq Caz Festivalının iştirakçısı olub.

 

Mədəniyyət.- 2014.- 31 oktyabr.- S. 13.