Bizi Azərbaycana cəlb edir?”

 

Polşada turizm sərgisində ölkəmiz haqqında təqdimat

 

Polşanın Poznan şəhərində beynəlxalq turizm sərgisi keçirilib. Azərbaycanın Polşadakı səfirliyindən verilən məlumata görə, sərgidə 30 xarici ölkə təmsil olunub. Səfirlik sərgidə «Bizi Azərbaycana cəlb edir adlı təqdimat keçirib. Təqdimatda səfir Həsən Həsənov ölkəmizin son illər əldə etdiyi uğurları, turizm potensialı müasir standartlara cavab verən turizm infrastrukturu haqqında məlumat verib.

Təqdimatdan sonra səfir jurnalist tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. Sonra Poznanda keçirilən beynəlxalq turizm sərgisinin internet facebook səhifələrində «Bizi Azərbaycana cəlb edir adlı müsabiqənin qaliblərinə Azərbaycan haqqında bələdçi kitabı hədiyyələr təqdim olunub.

Tədbirin sonunda Azərbaycan turizmi haqqında videoçarx nümayiş etdirilib milli mətbəximizin təamlarından ibarət ziyafət verilib.

 

Mədəniyyət.- 2014.- 31 oktyabr.- S. 9.