“Səylərimizi birləşdirməliyik”

 

Jan Klod Frekon: “Dialoq pis əməllərin yaxşı əməllərlə əvəz olunması istiqamətində mühüm vasitədir”

 

Son illər Azərbaycan müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu isə nəticə etibarilə ölkəmizin dünyada müsbət imicini, beynəlxalq nüfuzunu möhkəmləndirir. Ötən həftə (1-2 sentyabr) Bakıda keçirilən "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda Avropa Şurasının mübadilə görüşübu qəbildən idi. Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə təşkil edilən tədbirlərdən biri olan görüşdə qurumun rəsmiləri, müxtəlif ölkələrdən ekspertlər iştirak edirdi.

 

Qonaqların arasında Avropa Şurası YerliRegional Hakimiyyətlər Konqresi Palatasının prezidenti Jan Klod Frekon (Jean-Klaude Frecon) da vardı. Onunla müsahibəmizdə müasir dünyada din, mədəniyyət, onların qarşılıqlı əlaqəsi, dini tolerantlıq və digər mövzularla bağlı məqamlara toxunduq.

 

- Cənab Frekon, Avropa Şurası YerliRegional Hakimiyyətlər Konqresi Palatasının əsas prioritetləri nədən ibarətdir?

- Qurumun əsas məqsədi regional demokratiyanın təbliği, regional idarəetmənin inkişaf etdirilməsi və bələdiyyələrin fəaliyyətinin gücləndirilməsidir. Təşkilatın diqqət dairəsinə şəhərlər və regionlar arasında transformasiyaregionlaşma prosesləri, eləcə də şəhər və rayonlar arasında əməkdaşlıq məsələləri də daxildir. Biz əsasən Yerli Özünüidarənin Avropa Xartiyasının təsbit etdiyi müddəalarının tətbiqinə xüsusi diqqət yetiririk. Konqres davamlı olaraq Avropa Şurasına üzv olan 47 ölkədə yerliregional seçkiləri müşahidə edir. Konqres əsası qoyulandan bəri Yerli Özünüidarənin Avropa Xartiyası da daxil olmaqla bir sıra beynəlxalq sənədləri tərtib edib.

 

- Din, mədəniyyət, onların qarşılıqlı əlaqəsi, tolerantlıq məsələləri Avropa Şurasının fəaliyyətində hansı yeri tutur?

- Dini tolerantlıq çox vacib amildir. Bu, müxtəlif böhranlar zamanı daha aktual olur Avropa Şurası bu sahədə rolunu dərk edir. Avropa Şurası mədəni irsin, dinlərarası dialoqun təşviqini qarşıya məqsəd qoyub. Bu dialoq yerlərdən başlanmalıdır, bütün bu məsələlərin hamısını mərkəzi hakimiyyət orqanlarının üzərinə atmaq düzgün deyil. Yerli hakimiyyət orqanları üçün dinlərarası dialoqun 12 prinsipini qəbul etmişik. Biz min kilometrlərlə uzaqlıqda olmağımıza baxmayaraq, səylərimizi birləşdirməliyik. Bələdiyyələr artıq bu sahədə tədbirlər keçirirlər, bu isə dini tarazlığın qorunmasına öz töhfəsini verir. Ümumiyyətlə, bir sıra ölkələrdə cəmiyyət dinin təsirinə məruz qalmadan inkişaf edir. Amma elə ölkələr var ki, burada din dövlətlə birlikdə inkişaf edir. Mənim vətənim Fransada da kilsələr dövlətdən ayrı fəaliyyət göstərir mənə elə gəlir ki, bu çox gözəl praktikadır. Elə götürək Azərbaycanı. Burada din mədəniyyət birgə fəaliyyət göstərə bilər bunun üçün bütün şərtlər mövcuddur. Azərbaycan dinlərin mədəniyyətlərin kəsişmə nöqtəsində yerləşir belə bir görüşün burada keçirilməsi çox mühümdür. Ən önəmlisi isə budur ki, din dövlətdən ayrıdır. Belə ölkələrin hamısında insanlar asanlıqla bir araya gələ, təcrübələrini paylaşa müzakirələr apara bilərlər. Biz sosial fəaliyyətlərimizi bir toplantıda müzakirə edərkən əgər eyni fikirdə oluruqsa, onda güclərimizi paylaşmış oluruq. Müxtəlif dinlər arasında dözümlülük münasibətləri qurmağa çalışmalıyıq. Bilirsiniz, din söyləyir ki, gündəlik həyatda sənin üçün ən yaxşı yol sülh, bir-birinə hörmətdir. Bu baxımdan biz gündəlik həyatımızın bütün prinsiplərinə əməl etməliyik. Ümumiyyətlə, bu gün Avropada mədəniyyət din arasında əlaqələrin araşdırılması çox mühümdür.

 

- Təəssüflə etiraf etməliyik ki, müasir dünyamızda dini zəmində ekstremizm radikalizm güclənib. Qurum olaraq çıxış yolunu nədə görürsünüz?

- Yenə dialoqda. İnsanlar öz aralarında sülhpərvər yolları bərqərar etməyin istiqamətlərini tapmalıdırlar. Biz fərqli din mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq qarşılıqlı anlaşmanın bərqərar olması istiqamətində çalışırıq. Bakıda keçirilən tədbirdə bu mövzu ətrafında konstruktiv fikir mübadiləsi aparıldı, dəyərli tövsiyələr səsləndi. Təcrübəmdən çıxış edərək deyə bilərəm ki, mübadilə görüşləri mədəniyyətlərarası dinlərarası dialoqa mühüm töhfə verir. Qeyd etdiyiniz kimi, dini zəmində ekstremizm radikalizmin gücləndiyi bir vaxtda, bütün dövlətlər arasında tolerantlığın təbliği prosesi getməlidir. Məncə, hazırda bu proses uğurla inkişaf edir. Əlbəttə, xoşagəlməz şəraitin yaranmasına səbəb bəzi hallarda ayrı-ayrı ölkələrdə dinlərin tədrisində yanlışlığa yol verilməsidir. Biz qurum olaraq bu kimi xoşagəlməz halları pisləyirik. Təəssüf ki, bu hallar bu gün Avropada da baş verir. Ona görə icmalar səviyyəsində Avropa miqyasında qarşılıqlı anlaşmaların gücləndirilməsi, genişləndirilməsi təbliğatı çox vacibdir. Biz öz növbəmizdə bu dəyərləri zaman-zaman müzakirə etməliyik. Eyni zamanda Avropa Şurasına üzv hər bir dövlətdə insanların bir dindən digər dinə keçməsi azadlığı da təmin edilməli, heç bir ayrı-seçkilik olmadan dini azadlıq təmin olunmalıdır.

 

- Maraqlıdır, Avropa Şurasının dini azadlıqların təminatı, birgəyaşayış prinsiplərini əsas tutan hər hansı bir layihəsi varmı?

- BizimÜmumu cəmiyyət” layihəmiz var. Burada nəzərdə tutulub ki, biz eyni ərazidə, eyni cəmiyyətdə, eyni şəhərdə yaşayırıq. Biz bir-birimizlə mübarizə aparmamalı, sülh və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan cəmiyyət qurmalı, birgəyaşayış qaydalarına əməl etməliyik. Unutmamalıyıq ki, islamxristian dinləri eyni, vahid Allahdan gəlir və biz bu Allahdan dünyada sülhü bərqərar etməyi xahiş edirik. Dialoq isə pis əməllərin yaxşı əməllərlə əvəz olunması istiqamətində mühüm vasitədir. Hər kəs sülhü bərqərar etməyə, ümumi cəmiyyət qurmağa kömək etməlidir. Bu, Avropa Şurasının da əsas hədəfidir. Biz eyni cəmiyyətdə yaşamaq istəyirik. Biz burada ona görə deyilik ki, bir-birimizlə mübarizə aparaq, sadəcə bütün səylərimizi birləşdirib birgə yaşama prinsiplərinə əməl etməliyik.

 

- Cənab Frekon, Bakıdan hansı təəssüratlarla ayrılırsınız?

- Paytaxtınızda gedən böyük inkişaf prosesləri məndə dərin təəssürat yaradıb. Bakı günü-gündən gözəlləşən, sürətlə böyüyən bir Avropa şəhərinə çevrilib. Bu gözəllikləri isə hər dəfə öz gözünlə görmək insana ayrı bir zövq verir.

 

Mehparə

 

Mədəniyyət.- 2014.- 12 sentyabr.- S. 10.