“Ədəbiyyat bizi birləşdirir”

 

Ölkəmiz Beynəlxalq Uşaq Kitabı Şurasının konqresində təmsil olunub

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür. Kitabxana ötən müddətdə təşkilatla sıx əlaqə saxlayır, keçirilən tədbirlərdə iştirak edir. Bu xüsusda əsas məqsədlərdən biri də Azərbaycanın uşaq yazıçılarının, rəssam və tərcüməçilərinin xarici əlaqələrinə zəmin yaratmaq, onları tanıtmaqdır. Bu il qurumun Hans Kristian Andersen medalına Azərbaycandan yazıçı Sevinc Nuruqızının “AğcaCubbulu”, “Paltar dolabında gizlənqaç”, “Ciya ilə iki gün” kitabları təqdim olunmuşdu.

Sentyabrın 10-13-də Meksikanın paytaxtı Mexiko şəhərində İBBY-nin 34-cü konqresi keçirilib. 64 ölkənin uşaq ədəbiyyatı sahəsində çalışan 900-dən çox nümayəndəsinin qatıldığı tədbirdə Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, elmi işlər üzrə direktor müavini Zahirə Dadaşovauşaq yazıçısı, “Sehrli dünya” jurnalının baş redaktoru Gülzar İbrahimova iştirak edib.

Konqresin açılışında çıxış edən Meksikanın mədəniyyət naziri uşaq ədəbiyyatının problemlərindən, uşaqların mütaliəyə cəlb olunması ilə bağlı bir sıra məsələlərdən danışıb, iştirakçı ölkələrin İBBY milli bölmələrini münaqişə zonasında yaşayan uşaqlara kitabla köməyə çağırıb. Fələstin milli bölməsinin sədri Cahan Helou çıxış edərək bu təşəbbüsə görə minnətdarlığını bildirib. Sonra builki Hans Kristian Andersen medalının laureatlarının mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə çıxış edənlər ədəbiyyatın xalqlar arasında ünsiyyətin qurulmasında rolundan bəhs ediblər. “Ədəbiyyat qonaq qəbul edən evdir” adlı dəyirmi masada qeyd olunub ki, uşaq ədəbiyyatı azad olmalıdır. Heç bir tədris proqramı əsasında yaranmamalıdır. Biz uşaq ədəbiyyatı sahəsində çalışanları daha da ruhlandırmalı, onları müasir uşaqları başa düşəcəyi tərzdə yazmağa gətirməliyik.

Konqresin son günü Frans Mayer Muzeyində İBBY-nin yeni prezidenti Uolli de Donkler çıxış edərək hər bir uşağın oxumaq hüququnun olduğunu vurğulayıb. Tədbirin sonunda müxtəlif ölkələrdən müəlliflər təltif olunub. Azərbaycandan yazıçı Qəşəm İsabəyliCin” əsərinə görə) “Şirvannəşr” sertifikata, Sevinc Nuruqızı diploma layiq görülüb.

Səfər müddətində nümayəndə heyəti ölkəmizin Mexikodakı səfirliyində olub, Meksika-Azərbaycan dostluq parkını, şəhərdə ucaldılan Xocalı abidəsini ziyarət edib.

F.Köçərlinin 150 illik yubileyi münasibətilə çap olunmuş “Balalara hədiyyə” kitabı ölkəmizlə bağlı digər nəfis tərtibatlı nəşrlər səfirliyə hədiyyə edilib.

Qeyd edək ki, İBBY 1953-cü ildə İsveçrənin Sürix şəhərində yaradılıb. Dünya üzrə 76 milli bölməsi fəaliyyət göstərir. UNESCO UNİSEF- rəsmi qeyri-hökumət təşkilatı statusuna malikdir. Qurumun katibliyi İsveçrənin Bazel şəhərində yerləşir.

 

Mədəniyyət.- 2014.- 24 sentyabr.- S. 15.