Reallığa çevrilən əfsanə

 

Sentyabrın 18-də Şirvan şəhər Mərkəzi kitabxanasında 20 sentyabr - Neftçilər Günü ilə əlaqədar “Əsrin müqaviləsi” - reallığa çevrilən əfsanə” mövzusunda mühazirə oxunub. Tədbirdə Şirvan şəhərinin uzun illər neft sənayesində çalışan sakinləri, mədəniyyət işçiləri iştirak ediblər.

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev şəhər neftçilərinin simasında bütün neft sənayesi işçilərinin peşə bayramını təbrik edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və həyata keçirilmiş “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən bəhs edib.

Sonra kitabxananın baş biblioqrafı Kəmalə İsayevanın mövzu ilə bağlı mühazirəsi dinlənilib.

Qocaman neftçi Şakir Şamilov çıxış edərək tədbirin təşkilinə görə kitabxana işçilərinə öz təşəkkürünü bildirib. Tədbirdə “Əsrin müqaviləsi” adlı qısametrajlı film nümayiş olunub. “Neft strategiyamız xoş gələcəyimizdir” başlıqlı kitab sərgisi də maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2014.- 24 sentyabr.- S. 12.