Qırğızıstan Milli Kitabxanasının 80 illiyi qeyd olunub

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Bişkekdə keçirilən Qırğızıstan Milli Kitabxanasının 80 illik yubiley tədbirlərində iştirak edib. Tədbirdə Qırğızıstan Milli Kitabxanasının direktoru Jıldız Bakaşova yubiley məruzəsi ilə çıxış edib. Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov da çıxış edərək həmkarına xoş arzularını çatdırıb, kollektivə uğurlar arzulayıb. Sonra qonaqlar hədiyyələrini Qırğızıstan Milli Kitabxanasının direktoruna təqdim ediblər.

Tədbir çərçivəsində Kərim Tahirov Avrasiya Kitabxanalar Assambleyası (BAE) əməkdaşlıq təşkilatının XVI ümumi iclasında, “Avrasiya mədəni-humanitar məkanının möhkəmləndirilməsi və genişləndirilməsində milli kitabxanaların rolumövzusunda “dəyirmi masadaTürkdilli Ölkələrin Milli Kitabxana Direktorları Şurasının iclasında iştirak edib.

İclası şuranın vitse-prezidenti Kərim Tahirov açaraq qurumun 2012-2014-cü illər fəaliyyəti haqqında məlumat verib. İclasda Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Şurasının strukturunun yaradılması, latın əlifbasında UNİCOD standartına əsaslanan resursların toplu kataloqunun inkişafı, informasiya texnologiyalarının tətbiqi məsələləri üzrə nəşrlərin mübadiləsi, türkdilli ölkələrin tarixi şəxsiyyətləri haqqında biblioqrafiyaların tərtibi və nəşri, türk tematikasına uyğun ədəbiyyatın mübadiləsi və başqa məsələlər müzakirə olunub.

 

Mədəniyyət.- 2014.- 24 sentyabr.- S. 4.