Niyazinin mənzil-muzeyinin 20 illiyi qeyd olundu

 

Sentyabrın 19-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyinin 20 illiyi qeyd olundu. Yubiley tədbiri ümummilli lider Heydər Əliyevin 1994-cü il sentyabrın 18-də mənzil-muzeyin açılışındakı çıxışını əks etdirən videomaterialın nümayişi ilə başladı.

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova mərasimdə çıxış edərək muzeyin milli mədəniyyətimizin, musiqi irsimizin gələcək nəsillərə çatdırılması baxımından tarixi əhəmiyyət daşıdığını vurğuladı.

Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov yubileylə əlaqədar görülən işlərdən, əldə olunan yeni materiallardan, nəşrlərdən söz açaraq bildirdi ki, muzeydə 6500-dən artıq eksponat qorunub saxlanılır. Onlardan 1200-ü daimi ekspozisiyada nümayiş olunur. Muzeydə müntəzəm olaraq görüşlər, yaradıcılıq xatirə gecələri, konsertlər, sərgilər təşkil olunur. 2008-ci ildən muzeyin nəzdində Klassik Musiqi Həvəskarları Klubu fəaliyyət göstərir. Hər ayın ilk çərşənbəsi bu klubda keçirilən maraqlı tədbirlər geniş tamaşaçı kütləsinin marağına səbəb olur. Tədbirdə xalq artistləri Canəli Əkbərov, Ramiz Quliyev, Əməkdar incəsənət xadimi, bəstəkar Azər Dadaşov maestro ilə bağlı xatirələrini iştirakçılarla bölüşdülər. Çıxış edənlər görkəmli dirijor bəstəkarın yaradıcılığı, onun musiqi mədəniyyətimizə töhfələrindən söz açdılar, muzeyin işini yüksək qiymətləndirərək əməkdaşlara uğurlar arzuladılar.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Aparat rəhbəri Mirzə Əlibəyov Niyazinin mənzil-muzeyinin əməkdaşlarını yubiley münasibətilə təbrik etdi onlara təşkilatın mükafatlarını təqdim etdi.

Tədbirdə Üzeyir Hacıbəylinin, Niyazinin digər bəstəkarların əsərlərindən ibarət konsert proqramı təqdim olundu. BMA-nın professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın ifasında NiyazininXoreoqrafik vals”ının fortepiano üçün işlənmiş variantı alqışlarla qarşılandı. Əməkdar artist Gülnaz İsmayılova, Azərbaycan Televiziyası Radiosunun solisti Aynur İsgəndərli digərlərinin çıxışları maraqla dinlənildi.

 

L.Azəri

 

Mədəniyyət.- 2014.- 26 sentyabr.- S. 6.