“Xınalıq - zamanı dayandıran məkan”

 

Özbəkistanın 150 min tirajla nəşr olunanDarakçi” qəzetində tanınmış jurnalist Rüstəm Cabbarovun “Xınalıq - zamanı dayandıran məkan” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə bildirilir ki, Azərbaycanın Quba rayonu ərazisində, dəniz səviyyəsindən 2350 metr yüksəkdə yerləşən Xınalıq nəinki Azərbaycanda, bütün Cənubi Qafqazda sirli və özünəməxsus xüsusiyyətləri olan kənd kimi tanınır. Burada yerli əhali tarixən sənətkarlıq, heyvandarlıq və əkinçiliklə məşğul olur. Kənddəki küçələr yüz il əvvəl necə idisə, bu gün də eləcə qalır. Kənddə milli paltarlarda at minən cavanlara hər an rast gələ bilərsən.

Yazıda vurğulanır ki, tarixçilər Xınalığın 5 min il tarixi olduğunu yazırlar. 2 min nəfərə yaxın əhalisi olan kəndin sakinləri dünyanın heç bir yerində işlədilməyən xınalıq dilində danışır.

Məqalə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elan etdiyi müsabiqəyə təqdim olunub.

 

Mədəniyyət.- 2014.- 8 yanvar.- S. 2.