Universal gözəl

 

Canlı həyat, şanlı sənət, dadlı ümumxatirat gözəli - Leyla Bədirbəyli...

 

Çox xoşladığım mahnılarımızdan birində hər kəsi bir az (gözəlləri isə çox-çox) küsəndirən bir misra var: “Gedər bir gün bu gözəllik - sənə də qalmaz”...

Həmin mahnının o sözünü tez-tez xatırlasam da, heç cür tutammıram ki, məlum müəllif bu “qarğış”ı o naməlum gözələ halali-yar dilindən dedirdib, ya zavali-əğyar?..

 

Amma kim tərəfindən ərz edilməsindən asılı olmayaraq, düpbədüz deyilib. Lakin (!) uşaqlıqda danışdığımız “qarğadili”ylə desəm, aşqa-aşqa - bu yazının sədəf-hədəfindən başqa! Özübu universal gözəlin “gedər bir gün...”lük sarıdan nə sağlığında bir problemi olub, nə cismən yoxluğunda.bio-fizioloji, nə neo-kulturoloji. O, az qala bütöv bir əsrin canlı, indilərin xatirəvi, gələcək zamanların əfsanəvi gözəllik simvolu olmuşolacaq. Həm də elə bir ictimai mahiyyətli gözəllik ki, ona yönəlik sevgi-məhəbbət hisslərinin, vurğunluq nəfslərinin əsasını ayrı-ayrı şəxsi intimitikadan xali ümumxəlqi simpatiya təşkil edib. Bu məqamda dahi rəssamların yaratdıqları çılpaq qadın (bədii, yaxud natura) portretlərinə hansı gözlə baxdığımızı da xəyala alaq və mətbu etika əndazəsini aşmaq təhlükəsinə yuvarlanmaqda olan bu filo-erotika axarını qəhrəmanəmizin ayrılmaz atributları ilə axırlayaq:

 

Özəl gözəllik...

 

Gözəl, qəşəng, gözəllik, qəşənglik... Bunların aid edildiyi hər hansı obyekt, subyekt, predmet bir yana, fərqindəsizmi, ifadələrin özləri də gözəl, qəşəng səslənir...

...Adların da - onları daşıyan adamlar kimi - taleləri var. Adlar da müxtəlif keyfiyyət, əlamət elementləri daşıyır. Bircə hərf fərqi ilə cari qəhrəmanəmizin adaşı olan Leyli adını hər eşidəndə qəlbimizdə sədaqət, vəfa abidəsi rəmzlənmirmi? Gör, o nakam məxluqun daşıdığı bu ad neçə min illərdi sevgidən kam ala-ala yaşayıb getmişlərə nisbətdə qədər ölməz, qədər solmazdır! Öz sədaqətliliyilə min illərdi dahi şairləri yaradıcılıq eşqinə düçar edən o ərəb qızından sonra bizim milli səhnəmizdə, kinomuzda, o dövr mətbuatımızda, canlı həyatımızda - ümumən mədəniyyət aləmimizdə par-par parlayan Azərbaycan xanımı - Leyla Bədirbəyli!

Əgər tarixən Leyli bütün böyük şairləri ağır-ağır istedad atəşləri açmağa, hiss-duyğu külüngü çalmağa vadar edibsə, Leyla da - sıravi teatr, kino tamaşaçılarından tutmuş dövrün rəsmi adamlarını, qırımından qan daman partiya-sovet rəhbərlərini öz kübarlığı, kompleksal gözəlliyilə filan qədərini ram, yalnız hiss-həyəcanla yaşayanları isə əsir edib. Bu məqamda fransız xalqının “Qvazimodo olmasaydı, bəlkə Fransa başqa cür formalaşardı” sözü yada düşür o deyim belə bir Azər-brend doğurur: Leyla Bədirbəyli olmasaydı, iyirminci əsr Azərbaycan mədəniyyəti canlı estetika sarıdan həyati bir çatışmazlıq yaşayardı. Bizim real Leylamızın əfsanəvi Leyli adaşı ilə poeziya “yarış”ına gəlincə isə, deyək ki, bu xanımın da şəninə (birbaşa ya dolayısıyla) az yazılmayıb. Onlardan biri Süleyman Rüstəm qələminə məxsus: “...Əgər olsaydı şairin insafı, Söyləyərdi: xeyli gözəldir Leyla, Canlı qəzəldir Leyla!..”

Bütün bunlar nəticə. Buna qədər isə nələr, nələr... Bir sözlə; -

 

Səbəblər...

 

Sözügedən (əslində, sözü həmişə gedən) bu gözəl doğulanda təbiət qarlı-şaxtalı olsa da, cəmiyyət azad, bəxtli-baxtalı idi. Xalqımız, ölkəmiz Yaxın Şərqin ilk demokratik respublikasının hürriyyət günlərini yaşayırdı. Amma həmin günlərin birində - 1920-ci il yanvarın 8-də İçərişəhərdə dünyaya göz açan Leylanın özü , valideynləri 1918-ci il qovğaları səbəbindən köçüb gəldikləri Şəmkir elatının nisgili ilə nəfəs alırmışlar. Anasının xan qızı, atasının bəy oğlu olmalarına baxmayaraq, xatirələrə görə, bu ailə şəhər mühitinə alışa bilmirmiş.

Lakin zaman, mühit hər şeyi yerbəyer edir. Anası Bikə xanım - xan qızı - onun doğulduğu ilin “28 aprel” tarixinin bütün ictimai-siyasi təmrinlərilə barışmalı olur günlərin bir günü - o vaxtlar “arvadların həya-zaya fabriki” adlandırılan Əli Bayramov klubuna da ayaq açır. Evlərindəki dolanışıq çətinliyi “Xan qızı” xofu üzündən qızı Leylanı da özüylə o klubdakı qadınlar dərnəyinə aparan Bikə xanım bir onda ayrılır ki, 10 yaşını yenicə adlamış Leyla “teatr” adlı “incəsənət” soyadlı ilk məhəbbətini tapıb.

bu bədii-mənəvi məhəbbətin ardınca həyati sevgi gəlir. Tezliklə dillərə düşən tanrısal gözəlliyi bu qıza dinclik vermir. Elçiləri yaman-yaxşı “dil”çilər əvəz edir, söz-bezləri şörgözlər. Naəlac ailə hələ 16 yaşı tamam olmamış bu dünya gözəlini ərə verməli olur. Lakin “vaxtından öncə” bünövrələnən bu ailə elə “bəxtindən küncə” dağılır. Daha sonra isə... Əlbəttə, yaradıcılıqda zirvələrə, gözəllikdə hər dürlü kəlmələrə irəliləyən belə bir xanımın məlum anlamda başsız qalması təhlükəli idi. Ancaq tale onu daha bir “katastroflu adam”la - o dövrdə az-çox məşhurlardan olan Kamil Aslanovla üzləşdirir. Bu izdivacdan iki qız övladları - Lalə (1947) Bikə (1964) olur. yenə lakin!.. Yəni “içim özümü yandırır, çölüm özgəni” məsəli. Belə ki, Leyla xanımın əri xarici ölkələrin birində maşın qəzasına düşərək dünyasını dəyişir. “Heç ” - yağışlı havada maşın sürüşüb çevrilir K.Aslanov həlak olur. sən demə hələ bu da son deyilmiş. Həmin ər qəza-qədərindən bir il keçməmiş, növbəti qəza! Hələ çoxlarının xatirəsində yaşayan Kukla Teatrı qarşısında baş vermiş qəza. Leyla xanımın hadisə yerindəcə keçinmiş Laləsinin qəzası...

Başabəla gözəlliyinə rəğmən natamam-natarazlardan nəm-qəm çəkdiyi sıxıntılar bir yana, bu gözlənilməz qəzalar xalqın “dünya gözəli” mükafatı laureatı Leyla Bədirbəyli dünya dərdlisi kimi yaşamağa məhkum olur. Amma o dərdin içində sevinc dolu, sənət süslü günlər, tarixçələr, mədəniyyət ünlü ad-san, mükafatlar, təltiflər var onlardan -

 

Fraqmentlər...

 

Leyla Bədirbəylinin sənət yolu da qəlbi kimi saf, təkrarsız surəti sayaq işıqlı, nursaçan olub. 3 saylı beynəlmiləl məktəbdə oxuduğu vaxtdan dram dərnəyinin, on üç yaşından Azərbaycan Dövlət Filarmoniyasının rəqs ansamblının üzvü, Mahnı Rəqs ansamblının solisti olub. İyirmi bir yaşında “Səbuhi” filmində Tubu obrazında çəkilib elə həmin il böyük rejissor Ədil İsgəndərovun təklifilə Milli Dram Teatrına aktrisa götürülüb. Bütün zamanların şedevr operettası sayılası “Arşın mal alan” filmə alınarkən dahi Üzeyir bəyin təşəbbüsü ilə baş rola (Gülçöhrə) dəvət alıb. Onun “Aygün”, “Fətəli xan”, “Dəli Kür”, “Görüş”, “O olmasın, bu olsun”, “Dərviş Parisi partladır” başqa filmlərdəki obrazları ayrıca bir yazının, yüzlərlə teatr tamaşasında böyük ustalıqla oynadığı, sənətkarlıqla yaratdığı rollar isə qalın-qalın kitabların mövzusudur. Bütün bunların qısaca təqdimatı üçünsə üç faktı xatırladaq: 26 yaşında SSRİ Dövlət Mükafatı laureatı, 39 yaşında Azərbaycan SSR-in Xalq artisti, 52 yaşında Azərbaycan SSR Dövlət Mükafatı laureatı...

On üç-on dörd yaşlarında ikən bu füsunkar qızcığazı Filarmoniyanın rəqs ansamblında görüb, atüstü söhbət zamanı təvəllüdünü öyrənən böyük dramaturq Cəfər Cabbarlı onun qulağına pıçıldayır ki; “Ey azad Cümhuriyyət ilində dünyaya göz açmış yavrum, hələlik heç kəsə demə, amma ürəyimə damıb ki, sən uzun xoşbəxt bir ömür yaşayıb, bu dünyaya gələcək azad Cümhuriyyətimizdə göz yumacaqsan

Belə oldu: Böyük sənət ustası əbədi gözəllik rəmzi Leyla xanım Bədirbəyli 1999-cu il noyabrın 23-də vəfat etdi, Fəxri xiyabanda dəfn olundu sənətsevərlərlə gözəlliksevərlərin qəlbində məhəbbət dolu yeni ömür yaşamağa başladı...

 

Tahir Əhmədalılar

 

Mədəniyyət.- 2014.- 10 yanvar.- S. 12.