“İRS” jurnalının ispan dilində yeni sayı çapdan çıxıb

 

“İRS” redaksiyası Argentinanın La Plata Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun nəzdində fəaliyyət göstərən azərbaycanşünaslıq kafedrasının birgə səyi ilə hazırlanmış ispandilli “İRS-Herenciajurnalının yeni nömrəsi çapdan çıxıb.

Jurnalın bu sayında Azərbaycanda Novruz bayramı ənənələri, Məhsəti Gəncəvinin həyat və yaradıcılığı, dünya şöhrətli rəssam Tahir Salahovun yaradıcılığı, Qarabağ xalçaçılıq ənənələri barədə söhbət açılıb. Ölkəmizdə səfərdə olmuş argentinalı və meksikalı gənclərin Azərbaycan haqqında təəssüratlarını əks etdirən yazılar da nəşrdə yer alıb. Bundan əlavə, nömrədə Argentinanın La Plata Universitetindəki azərbaycanşünaslıq kafedrasının fəaliyyəti və gələcək planlarından bəhs edilir.

 

Mədəniyyət.- 2014.- 15 yanvar.- S. 2.