Güllələnmiş heykəllərin fəryadı Mahnı Teatrında

 

Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi Hüseynbala Mirələmovun Güllələnmiş heykəllərin fəryadı tamaşasını nümayiş etdirib. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının səhnəsində təqdim edilən səhnə əsərinin quruluşçu rejissoru Nadir Rüstəmov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə teatrın direktor müavini Azad Məmmədovdur. Rolları əməkdar artistlər Yadigar Muradov, Şükufə Musayeva, aktyorlar Teymur Məmmədov, Püstəxanım Muradova və başqaları ifa ediblər.

 

Mədəniyyət.- 2014.- 15 yanvar.- S. 3.