Nizami Kino Mərkəzində “Fəryad” filmi nümayiş olunur

 

Yanvarın 16-da Nizami Kino Mərkəzində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar “Fəryad” filminin nümayişi başlanıb. Tamaşaçılar yanvarın 22-dək hər gün saat 12:20-dən etibarən “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bu ekran əsərinə pulsuz baxa bilərlər. Ssenari müəllifi Vaqif Mustafayev, quruluşçu rejissor və baş rolun ifaçısı mərhum Ceyhun Mirzəyev olan ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir.

 

Mədəniyyət.- 2014.- 17 yanvar.- S. 3.