Muzeydə musiqili görüş

 

Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov yaradıcılıq planlarından söhbət açdı

 

Yanvarın 15-də Niyazinin mənzil-muzeyində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının dosenti Fəxrəddin Kərimovla görüş keçirildi. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirin iştirakçıları əvvəlcə Fəxrəddin Kərimovun yaradıcılıq yolunu əks etdirən fotosərgi ilə tanış oldular.

Tədbiri Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova açaraq bildirdi ki, muzeyinKlassik musiqi həvəskarları klubu” altı ildir fəaliyyət göstərir: “Ötən müddətdə tanınmış sənətkarların yubileyləri, yaradıcılıq gecələri və onlarla görüş keçirilib. Yeni ilin ilk tədbiri Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimova həsr edilib”.

Muzeyin şöbə müdiri Xanım Abdinova dirijorun həyat və yaradıcılıq yolundan danışdı. Bildirdi ki, Fəxrəddin Kərimov Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra 1973-1978-ci illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında skripka sinfi üzrə təhsil alıb. 1982-1988-ci illərdə H.A.Rimski-Korsakov adına Leninqrad (Sankt-Peterburq) Dövlət Konservatoriyasının opera-simfonik dirijorluğu şöbəsində Rusiyanın xalq artistləri V.Gergiyevprofessor İ.Musinin sinfində oxuyub. 1989-1991-ci illərdə Leninqrad Opera Balet Teatrında təcrübəçi-dirijor olub. Fəxrəddin Kərimov 1991-2001-ci illərdə Memar Sinan İncəsənət Universitetinin nəzdindəki Dövlət Konservatoriyasının simfonik orkestrinə dirijorluq edib. 2000-ci ildə İzmir Dövlət Opera Balet Teatrında S.Prokofyevin “Romeo Cülyettabaletinin musiqi rəhbəri olub, 2001-2004-cü illərdə həmin teatrda baş dirijor vəzifəsində çalışıb.

Dirijor Almaniya, Polşa, Rumıniya, Rusiya, Belarus digər ölkələrdə qastrol səfərlərində olub, beynəlxalq festivallarda iştirak edib.

2004-cü ildən Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru olan sənətkar Bakı Musiqi Akademiyasının vokal opera hazırlığı kafedrasının dosentidir.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, musiqişünas Raya Abbasova, Xalq artisti, hərbi dirijor Yusif Axundzadə başqaları Fəxrəddin Kərimovla bağlı ürək sözlərini bölüşdülər.

Fəxrəddin Kərimov musiqisevərləri maraqlandıran sualları cavablandırdı, yaradıcılıq planlarından söhbət açdı.

Görüşdə Fəxrəddin Kərimovun dirijorluq etdiyi konsert proqramlarından videofraqmentlər göstərildi. Eyni zamanda, dirijorun həyat yoldaşı, pianoçu Yuliya Kərimovanın ifasında musiqi parçaları səsləndirildi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 17 yanvar.- S. 4.