Səhnəmizin 20 Yanvar dramı

 

ya növbəsini gözləyən tamaşalar

 

Təqvimimizin ağrı-acı ilə anılan bir gününə yaxınlaşırıq. Eyni zamanda qəhrəmanlıq, azadlıq mücadiləsi, var olmaqbunu qanla isbatlamaq əzminin nümayiş olunduğu günə. 1990-cı ilin 20 Yanvar faciəsinin 24-cü ildönümünə.

Milli hüznqürur günümüz olan bu tarixlə öyünmək ağlamaqdan ötə, onunla yaşamaq əfzəldir. O cümlədən əbədi sənətdə, bəşəri duyğuların ən təsirli formasında - incəsənətdə. Tanklar altında qalan bədənlərin ağrılarını, ölümə oxunan şərqilərin səsini, zülmünonun gətirdiyi vaxtsız əcəlin üzünə sillə kimi vurulan qorxmaz, cəsarətli baxışların parıltısını yüksək sənətlə duymaqo duyğunu mənəvi qida kimi qəbul etmək olar. Bunun isə ən canlı, isti və təsirli vasitələrindən biri teatr, səhnədir.

Təəssüf ki, bu acını, tarixi həqiqətləri, itkilərimizi dünyaya, bizi eşitməkdə aciz dünyaya hələ yetərincə çatdıra bilməmişik. Elə götürək Qanlı Yanvar hadisələrinin dramaturji həllini və onun səhnə həyatını. Düzdür, kimlərsə 24 ili hadisənin miqyası və sindirilməsi baxımından elə də böyük tarix saymayabu mövzuda daha təsirli, bədii cəhətdən daha dolğun əsərlərin zaman keçdikcə ortaya çıxacağını deyə bilər. Amma hər halda yaradıcılıqda fakta münasibət deməkdir. Bu mənada az da olsa, yaranan dram nümunələrini və onların səhnə əksini yüksək qiymətləndirmək lazımdır.

Mövzu ilə bağlı fikrini öyrəndiyim sənət adamlarının, yazarların da qənaətinə görə, məsələnin məğzini tam əks etdirmək, yaşantıları bədii obraza çevirmək üçün zamana ehtiyac var.

 

* * *

Yazıçı-dramaturq Əli Əmirlinin fikrincə, mükəmməl ədəbi nümunənin, teatr məhsulunun yaranması üçün bu tarix zamanın süzgəcindən keçməlidir: Əslində mövzu dramaturgiyada bir neçə kompozisiyada öz əksini tapıb. Bu sırada Bəxtiyar Vahabzadənin Şəhidlər, hazırda teatrların repertuarında olan Tamara Vəliyevanın Mənim göyərçinim kimi nümunələr var. Təbii ki, bu mövzunun yüksək bədii inikasını tapan daha çox əsərə ehtiyac var. Nəsr, poeziya məsələyə daha çox münasibət göstərsə də, dramaturgiya, etiraf etməliyəm ki, axsayıb. Şəxsən mənim üçün bu məsələ dramaturji nöqteyi-nəzərdən çox ağrılıdır və həmin hadisələrin səhnəyə gətirilməsi forması mürəkkəb bir prosesdir.

Gənc yazıçı İsmayıl İmanov mövzuya yanaşmada fərqli bir modeli tapmağı əsas sayır: Bu mənada şəxsən mənim üçün bu mövzu pyesya başqa bir bədii forma üçün hələ ki tam deyil. Bunun üçün qarşıya tələb qoymaq və mütləq nə isə yaratmaq da mümkün deyilya lazımsız, zəif bir nümunənin yaranması deməkdir. Ona görə də bunu sosial sifariş kimi qarşıya qoymaqicra etmək o hadisənin özünə münasibətdə natamamlıq və belə deyək, bir az laqeydlik olar.

Əməkdar incəsənət xadimi, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov isə 20 Yanvar hadisələri ilə bağlı yaranan ədəbi nümunələri məqbul saysa da, onların səhnə həllinin zəifliyini belə əsaslandırmağa çalışdı: Azərbaycanda kifayət qədər yazarlar var, sadəcə, onları oxumaq lazımdır. Həm də o nümunənin pyes olması vacib deyil, əsas odur ki, nüvəsində nə isə olsun, sonra onun səhnə variantını tapmaq asandır. Amma 20 Yanvarla bağlı ilk olaraq problemi çözmək, onun ədəbi həllini vermək lazımdır. Bunun da öz müddəti var. Bu mənada dramaturgiyanı günahlandırmaq olmaz. Mövzunun səhnə həllinə gəldikdə isə, Qarabağ mövzusuna bir neçə dəfə toxunsam da, 20 Yanvarla bağlı hələlik bunu deyə bilmərəm.

Gənc rejissor, müxtəlif teatrlarda uğurlu tamaşalara quruluş verən İradə Səyya mövzuya yanaşmağa sadəcə cəsarət etmədiyini deyir: Ağır mövzudurburada rejissordan istedad, bacarıqdan çox o hissləri yaşamaq, içindən keçirib yüksək sənət donunu biçmək tələb olunur. O ağrıdan nə isə yaratmaq faktları yığmaq, boyalarla vermək deyil. Əgər təsirli bir nümunə yaratmalısansa, özün də təsirlənməli və bundan sonra o təsirdən çıxış edib kimlərisə təsirləndirməlisən. Bu da cəsarət tələb edir və mən öz şəxsimə deyirəm, fakta yanaşmağa hələ ki, cəsarətim çatmır.

Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə mövzunun aktuallığını nəzərə alaraq onun səhnədən keçmə mərhələsində prosesin əsasən keyfiyyətini vacib saydı: Hesab edirəm ki, bu faktın teatrda özünün parlaq şəkildə həllini tapmamağı faciə və ya böyük suç deyil. Çünki bu incəsənət sahəsidir və ona plan-proqram tərtib etmək mümkün deyil. Ola bilər ki, 24 il uzun müddət kimi görünə bilər, amma basqı etmək də düz deyil. Xalqın yarası, onun üçün aktual mövzu gec-tez öz bədii, yüksək səhnə həllini tapacaq.

Gənc teatrşünas Könül Əliyevanın isə münasibəti belədir: 20 Yanvar hadisələri milli dramaturgiyamızda da, teatrımızda da yetəri qədər işıqlandırılmayıb. Demək ki, dildə nə qədər desək də, ağlayıb-sızlasaq da, sözügedən hadisələr milli mədəniyyətimizin paradiqmasına çevrilə bilməyib. Niyə? Məncə, bu suala cavab tapmazdan öncə 20 Yanvar hadisələrini özümüz üçün bir tarixi fakt kimi araşdırmalıyıq və bu fakta münasibətimizi dəqiqləşdirməliyik.

 

* * *

Bu rəy, mülahizələr və arqumentlərdən sonra 20 Yanvarın mövzusu kontekstində teatrların repertuarına nəzər saldıq.

Yanvarın 19-da Gənc Tamaşaçılar Teatrı yazıçı-dramaturq Tamara Vəliyevanın Qanlı Yanvara həsr olunmuş Mənim göyərçinim tamaşası ilə xalqın hüzn günündə onunla həmrəyliyini nümayiş etdirəcək. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. İlknakam məhəbbət haqqında ikihissəli səhnə əsərinin tərtibatçısı Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar İrəvan Dövlət Azərbaycan Dram Teatrında da tamaşa hazırlanıb. Teatrın direktoru İftixar Piriyevin müəllifi olduğu Qalx ayağa, Azərbaycan və "Böyük vətən - Azərbaycan" adlı tamaşalar səhnələşdirilib. Meydan teatrı formasında hazırlanan hər iki tamaşanın quruluşu və tərtibatı müəllifə məxsusdur. Hər iki nümunə yanvarın 17-də müxtəlif saatlarda səyyar nümayiş olunacaq. Kollektiv yanvarın 20-də isə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında yenə də İ.Piriyevin müəllifi və quruluşçu rejissoru olduğu "Soyqırımı tarixinin dastanı" tamaşasını göstərəcək.

Müharibə, faciələrimiz və onların unudulmamağı üçün Dövlət Pantomima Teatrında da bu mövzunu əhatə edən tamaşa nümayiş olunacaq. Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş Unutmayaq adlı tamaşanı Azərbaycan tarixinin xüsusi təqvim günlərində oynayan teatr bu ilonun səyyar nümayişini reallaşdırmaqda davam edir. Teatrın bədii rəhbəri, Xalq artisti Bəxtiyar Xanızadənin müəllifi olduğu tamaşa yanvarın 19-da nümayiş olunacaq.

Füzuli Dövlət Dram Teatrında isə 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş "Şəhidlər ölməzdir" adlı poetik xalq faciəsi hazırlanıb. Faciədə şəhidlərin vətən sevgisi, azadlıq mübarizəsi, məhəbbətlərinə sadiq olduğu nümayiş etdirilir. Həmçinin faciədə Larisa, İlqar, Fərizə və İlhamın simasında bütün 20 Yanvar şəhidləri yad edilir.

Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi də şanlı tarixi günə münasibətini yazıçı-dramaturq Hüseynbala Mirələmovun Güllələnmiş heykəllərin fəryadı tamaşasının nümayişi ilə bildirib. Dövlət Mahnı Teatrının səhnəsində təqdim edilən səhnə əsərinin quruluşçu rejissoru Nadir Rüstəmov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə teatrın direktor müavini Azad Məmmədovdur.

Paytaxt və regionlardakı digər teatrların xüsusi təqvim günlərində hansı səhnə əsərləri ilə çıxış edəcəyini və təbii ki, bədii səviyyəsini onların repertuarını izləyən tamaşaçılar daha yaxşı bilir. Amma bu məqamda bir məsələ açıq qalır: biz faciəmizə yanaşma formamızı, onun dolğun bədii ifadəsini müəyyən etməmişiksə, başqalarından nə isə gözləyə bilərikmi?

 

H.Nizamiqızı

 

Mədəniyyət.- 2014.- 17 yanvar.- S. 5.