Bakıda “Rumıniya milli mədəniyyət günüqeyd olunub

 

Yanvarın 15-də Rumıniyada Milli Mədəniyyət Günü qeyd olunub. Bu münasibətlə Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu və səfirliyin əməkdaşları görkəmli rumın bəstəkarı George Eneskunun Bakıda ucaldılmış abidəsini ziyarət edib, önünə əklil qoyublar.

Mərasimdə Azərbaycan və Rumıniya arasında mədəniyyət əlaqələrindən söhbət açan D.Çiobanu bu sahədə əməkdaşlığın çox uğurla inkişaf etdiyini vurğulayıb. Diplomat ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq potensialı barədə də danışıb.

 

Mədəniyyət.- 2014.- 17 yanvar.- S. 8.