Vera məhəlləsinin musiqiləri” Bakıda

 

Yanvarın 17-də Heydər Əliyev Mərkəzində Gürcüstanın kinoteatr ulduzlarının iştirakı ilə “Vera məhəlləsinin musiqiləri” (“Melodies of Vera District”) müzikli təqdim olunub.

Müzikldə Gürcüstanın Xalq artisti, məşhur aktyorestrada müğənnisi Vaxtanq Kikabidze, tanınmış sənət adamlarından Sofiya Nijaradze, Nodiko Tatişvili, Stefan Ketato, həmçinin Z.Paliaşvili adına Gürcüstan Dövlət OperaBalet Teatrının, İ.Suxişvili adına Gürcüstan Xalq Rəqsləri Ansamblının solistləri çıxış ediblər.

1973-cü ildə Georgi Şenqelayanın quruluşunda lentə alınmış “Vera məhəlləsinin musiqiləri” musiqili komediyası Gürcüstanın hüdudlarından kənarda da şöhrət qazanıb. Filmin motivləri əsasında hazırlanan müziklə isə fransız rejissoru və xoreoqrafı Reda Bentifora quruluş verib.

Dramaturgiya, musiqi, ifaçılıq sənəti, xoreoqrafiyaxüsusi effektlərin bir-biri ilə mükəmməl vəhdət təşkil etdiyi səhnə əsəri Bakı tamaşaçılarına maraqlı anlar yaşadıb.

 

Mədəniyyət.- 2014.- 22 yanvar.- S. 5.