Şəhidlərin xatirəsi anılıb

 

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Füzuli Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən də müxtəlif tədbirlər keçirilib. Horadiz şəhər Mədəniyyət sarayında Füzuli Dövlət Dram Teatrı aktyorlarının ifasında “Qanlı Yanvar”, rayonun Aşağı Yağlıvənd kənd uşaq musiqi məktəbi şagirdləri tərəfindən “Qan yaddaşımız”, Horadiz şəhər uşaq musiqi məktəbi şagirdlərinin ifasında “20 Yanvar - ucalığın zirvəsi” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

Füzuli rayon Mərkəzi kitabxanası 20 Yanvar faciəsində şəhid olmuş soydaşlarımız haqqında yazılmış kitablar, dövri mətbuat və fotoşəkillərdən ibarət sərgi tərtib edib.

 

Mədəniyyət.- 2014.- 22 yanvar.- S. 6.