Ey Azərbaycanım”

 

Yanvarın 17-də “Park Bulvar” ticarət və əyləncə mərkəzində Səbinə Babayevanın ifa etdiyiEy Azərbaycanım” mahnısına çəkilmiş klipin təqdimatı keçirilib.

Mahnının musiqisi Mikayıl Vəkilova, sözləri Malik Fərruxa məxsusdur.

Tədbirdə bəstəkarın vaxtilə “Karvanqrupu üçün yazdığı bu mahnını Səbinə Babayevanın ifasında özünəməxsus şəkildə təqdim etməsi yüksək qiymətləndirilib. “Eurovision-2012” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş Səbinə Babayeva bu mahnını uşaqlıqdan oxumağı arzuladığını, mahnıya klipin çəkilişlərinə göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna və Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirib.

Mahnının sözlərinin müəllifi olan mərhum şair Malik Fərruxun qızı Günay Malikqızı qeyd edib ki, uzun illərdən sonra bu əsərə gənc istedadların müraciət etməsi sevindirici haldır.

Prodüser Hüseyn Cavadzadə bildirib ki, klipin əsas ideyası Azərbaycanın bugünkü inkişafını göstərməkdir. Klip xarici ölkələrdə də nümayiş olunacaq.

 

Mədəniyyət.- 2014.- 22 yanvar.- S. 12.