DoluQaxda nümayiş olunub

 

Qara Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində yanvarın 17-də Qax rayon Mədəniyyət evində tanınmış yazıçı, Milli Məclisin deputatı Aqil Abbasın eyniadlı əsəri əsasında çəkilən “Dolufilmi nümayiş olunub.

Filmin nümayişindən əvvəl rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nəzir Omarov 20 Yanvar hadisələri barədə danışıb, bu hadisələrin xalqımızın azadlıq mübarizəsi və qəhrəmanlığı tarixində şanlı səhifə olduğunu vurğulayıb. Bildirilib ki, Vətən uğrunda son damla qanınadək döyüşən Azərbaycan oğullarının Qarabağ müharibəsindəki qəhrəmanlıqlarından bəhs edən belə ekran əsərləri xalqımızın vətənpərvərlik əzminin, döyüş ruhunun yüksəlməsində mühüm əhəmiyyətə malikdir.

Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2014.- 22 yanvar.- S. 12.