TRT-də “Azərbaycan təranələri”

 

TRT Ankara radiosunun studiyasında “Azərbaycan təranələri” adlı musiqi gecəsi təşkil olunub. Konsert TRT Ankara radiosunun 50 illik yubileyinə həsr edilib. Türkiyədə yaşayan azərbaycanlı musiqiçilər - Abdullah Qurbani, Möhsün Qurbani, Mehriban Özlən, Sevinc Əliyeva, Nailə Əhmədova və Fərhad Məhmətin ifasında görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Emin Sabitoğlu və Fərhad Bədəlbəylinin əsərləri səslənib.

 

Mədəniyyət.- 2014.- 22 yanvar.- S. 12.