Bəstəkar Elmira Nəzirova vəfat edib

 

Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, professor Elmira Nəzirova yanvarın 23-də İsraildə vəfat edib. Bu barədə Azərbaycan Bəstəkarlar İttifaqından məlumat verilib.

Elmira Mirzərza qızı Nəzirova 1928-ci il noyabrın 30-da Bakıda doğulub. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano bəstəkarlıq sinfini bitirib. Konservatoriyada fortepiano sinfində dərs deyib. 1953-cü ildən SSRİ Bəstəkarlar İttifaqının Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olub. Şərəf nişanıordeni ilə təltif edilib.

Bir sıra əsərlərin, o cümlədən simfonik orkestr üçün uvertüranın, fortepiano ilə orkestr üçün konsertlərin, skripka, violonçel fortepiano üçün sonatanın, Azərbaycan xalq mahnıları romanslar mövzusunda işləmələrin müəllifidir. Dahi bəstəkar Fikrət Əmirovla birlikdə yazdığıƏrəb mövzusunda fortepiano üçün konsertAzərbaycan musiqi mədəniyyətində böyük hadisə olub.

1990-cı ildən İsraildə yaşayan Elmira Nəzirova orada pedaqoji fəaliyyətlə məşğul olurdu. 2004-cü ildə Bakıda musiqiçinin 75 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdi.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2013.- 24 yanvar.- S. 2.