Beynəlxalq Muğam Mərkəzində caz konserti

 

Yanvarın 23-də Beynəlxalq Muğam Mərkəzində caz pianoçusu Elçin Şirinovun konserti keçirilib. Gecədə pianoçunuElçin Şirinov trioqrupunun üzvləri Elcan Cəbrayılov (bass) və Elvin Bəşirov (zərb alətləri) müşayiət ediblər.

Elçin Şirinov 2008-ci ildən Bakı Caz Mərkəzi ilə əməkdaşlıq edir. 2009-cu ildə zərb alətləri ifaçılarının 6-cı Bakı festivalının iştirakçısı olub. Rain Sultanovun kvartetinin tərkibində Azərbaycan, Gürcüstan, Malayziya və digər ölkələrdə yaddaqalan ifaları ilə böyük tamaşaçı sevgisi qazanıb.

 

Mədəniyyət.- 2014.- 24 yanvar.- S. 3.