Ulu öndərin irsini əks etdirən elmi-biblioqrafik nəşr

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası ümummilli lider Heydər Əliyevin zəngin irsini əks etdirən Heydər Əliyev. Müstəqilliyimiz əbədidir adlı çoxcildliyin elmi-biblioqrafik göstəricisini hazırlayaraq Şərq-Qərb nəşriyyatında çap edib.

İki cilddən ibarət nəşrin layihə rəhbəri, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi redaktoru, akademik İsa Həbibbəyli, tərtibçi müəllifi filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlidir. Biblioqrafik göstəricidə Heydər Əliyev. Müstəqilliyimiz əbədidir çoxcildliyində əks olunmuş siyasi, ictimai və sosial əhəmiyyətə malik materiallar müxtəlif bölmələrdə təqdim edilir.

 

Mədəniyyət.- 2014.- 24 yanvar.- S. 4.