“Teatrımız bu gün

 

“İrəli” İctimai Birliyi teatr klubunun “Teatrımız bu gün” layihəsi davam edir. Layihə çərçivəsində Əməkdar artist Əjdər Həmidov və aktyor, teleaparıcı Şamil Süleymanovun gənclərlə görüşü keçirilib. “İrəli” gənclik mərkəzində keçirilən görüşlərdə qonaqlar fəaliyyətləri ərzində teatrda qarşılaşdıqları çətinliklər, eləcə də oynadıqları rollar haqqında danışıb və xatirələrini bölüşüblər.

İctimai Birliyin teatr klubunun yaradılmasında məqsəd gənclərin teatr mədəniyyətinə marağını artırmaq, onlara öz istedad və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaratmaq və asudə vaxtlarını səmərəli keçirmələrini təmin etməkdir.

 

Mədəniyyət.- 2014.- 24 yanvar.- S. 5.