Həmyerlilərimiz beynəlxalq rəqs turnirində qalib gəliblər

 

Londonda keçirilən “The Universal-2014” beynəlxalq rəqs turnirində həmyerlilərimiz Eldar Cəfərov və Anna Sajina “Professional ballroom” qrupunda qızıl medala layiq görülüblər.

Beynəlxalq dərəcəli idman ustaları Eldar Cəfərov və Anna Sajina Azərbaycan Professional Rəqs İttifaqının (ADS) yaradıcılarıdır. Duet bir çox beynəlxalq müsabiqələrdə ölkəmizi layiqincə təmsil edib, dünya çempionu tituluna layiq görülüb.

Rəqqaslar Qlazqoda keçirilən “Eurovision-2008” rəqs müsabiqəsində iştirak ediblər, Rusiya, Almaniya, Britaniya, ABŞ, Fransa, Çin və digər ölkələrdə keçirilən beynəlxalq rəqs müsabiqələrində qalib olublar. Cütlük bu ilin ilk mükafatını İngiltərədə keçirilən “BDF Star Ball-2014” professionallar arasında beynəlxalq turnirdə (bürünc mükafat) qazanıb.

 

Lalə

 

Mədəniyyət.- 2014.- 24 yanvar.- S. 5.