Düyməcik uşaqları sevindirdi

 

Uşaqlarda operabalet tamaşalarına maraq yaratmaq üçün bu proses müəyyən yaş dövrlərindən başlayaraq təşviq edilməlidir.

Azərbaycan Dövlət Akademik OperaBalet Teatrı da bunu nəzərə alaraq uşaqların, eləcə də böyüklərin marağına səbəb ola biləcək klassik nümunələri səhnəyə gətirir.

Yanvarın 19-da teatrda məşhur Avstriya bəstəkarı Yohann Ştrausun ikipərdəli "Düyməcik" baleti nümayiş olundu. Tamaşaçılarla dolu zal əsrarəngiz səhnəyə kökləndi. Parlaqilham dolu rəssam işi, səhnə tərtibatı fantastik gözəl, monumental idi. Zəngin, rəngarəng dəstlər, geyim əyləncəli və maraqlı effekt yaradırdı.

Tamaşaçılar OperaBalet Teatrı ilə Bakı Xoreoqrafiya Məktəbinin birgə layihəsi olan bu "Düyməcik"dən çox şey gözləyirdilər.

Balet tamaşasında aparıcı partiyaları OperaBalet Teatrının artistləri ilə yanaşı, Bakı Xoreoqrafiya Məktəbinin şagirdləri, istedadlı xoreoqrafları oynayırdılar. Düyməciyin uşaqlıq dövrünü məktəbin istedadlı şagirdi Günay İsmayılova ifa edirdi. İfasında dərin sevgi, həyəcan və istedadın parlaq təzahür olunduğu Günayın səhnə şousu tamaşaçıları heyran etdi.

Tamaşa gözəl musiqinin köməyi ilə ecazkarlıq nümayişinə çevrildi. Bu mənada baş dirijor, Xalq artisti, professor Cavanşir Cəfərovun idarəsi ilə orkestrin ifası ən xoş sözlərə layiqdir. Tamaşanın maraqlı və orijinal səhnə həllində, baletmeyster, Rusiyanın Xalq artisti Lilia Sabitovanın, eləcə də rəssam Dmitri Çerbadjinin əməyi də danılmazdır.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2014.- 24 yanvar.- S. 6.