Kino ixtisasında oxuyan tələbələr üçün təcrübə imkanı

 

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzi arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb. Tələbələr mərkəzdə təcrübə keçmək şansı əldə edəcəklər. ATGTİ-dən bildiriblər ki, əməkdaşlığın məqsədi müxtəlif ixtisaslı tələbələrin təcrübəyə cəlb edilməsi, onların kinoprodüserlik, aktyorluq, kinorejissorluq və digər sahələrdə biliklərinin, habelə təhsil müəssisəsini bitirdikdən sonra işlə təmin olunmaq imkanlarını artırmaqdır.

 

Mədəniyyət.- 2014.- 24 yanvar.- S. 7.