Yaponiya müsabiqəsinin qalibləri

 

Yanvarın 28-də Abşeron rəsm qalereyasında Yaponiya müsabiqəsinin qalibləri mövzusunda sərgi açılıb. Sərgidə üç yeniyetmə rəssamın - Cavidan Əhmədovun, Məhəmməd İsmayılovun və Nərgiz Əmiraslanovanın 60-dək əl işi - qrafik kompozisiyalar və yağlı boya ilə işlənmiş tablolar nümayiş olunur.

Cavidan Əhmədovun kompozisiyalarından biri ona Yaponiyada beynəlxalq müsabiqədə birincilik qazandırıb. Məhəmməd İsmayılov da 2012-ci ildə Yaponiyada çoxfiqurlu kompozisiyası ilə uğur qazanıb. Nərgiz Əmiraslanovanın isə cəmi 8 yaşı varonun sənət nailiyyətləri hələ irəlidədir. Sərgi fevralın 3-dək davam edəcək.

 

Mədəniyyət.- 2014.- 29 yanvar.- S. 2.