Milli Kitabxanada Məhəmməd Əmin Rəsulzadəyə həsr edilmiş sərgi

 

M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubileyinə həsr edilmiş geniş tərtibatda kitab sərgisi açılıb. “Məhəmməd Əmin Rəsulzadə-130” mövzusunda sərgidə görkəmli ictimai-siyasi xadimin müəllifi olduğu əsərlər, haqqında yazılmış kitabdövri mətbuat materialları nümayiş olunur.

 

Mədəniyyət.- 2014.- 29 yanvar.- S. 3.