Bakıda II Qlobal Müştərək Cəmiyyətlər Forumu keçiriləcək

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bolqarıstanın sabiq Prezidenti, qurumun İdarə Heyətinin üzvü Peter Stoyanovla görüş keçirilib. Görüşdə bu ilin aprelində Bakıda keçirilməsi nəzərdə tutulan II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq müzakirə olunub.

Forumda dünyanın 50-dən çox ölkəsindən hazırkı və sabiq dövlət və hökumət başçılarının, tanınmış ictimai-siyasi xadimlərin, Nobel mükafatçılarının iştirakı gözlənilir.

Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Roma Klubu, Dünya Elm və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində reallaşacaq.

Forum çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin VI iclası və I Baş Məclisi, Madrid Klubu İdarə Heyətinin yığıncağı, Dünya Elm və Mədəniyyət Akademiyası ilə birgə təşkil olunacaq I əlaqələndirmə toplantısı da keçiriləcək.

 

Mədəniyyət.- 2014.- 29 yanvar.- S. 3.